Bilik yarışması

           22-23 noyabr tarixlərində 264 nömrəli məktəb-liseyin azərbaycan və rus bölmələri üzrə 4-cü siniflər arasında “Ağıl dəryası” adlı bilik yarışması keçirildi. Yarışmada məktəbin direktoru Sevda xanım Qocayeva, direktor müavinləri Leyla Cəbrayılova və Kəmalə Cabbarova, münsiflər heyəti qismində məktəbin riyaziyyat, tarix, rus-dili, azərbaycan-dili müəllimləri iştirak etmişlər. Azərbaycan bölməsi üzrə 4”c”, rus bölməsi üzrə isə 4 “d” sinfi qalib oldular. Qalib komandalar kubok və fəxri fərmanla təltif olundu. Digər komandalara fəal iştiraklarına görə fəxri fərmanlar verildi. Sonda yarışmanın təşkilatçılarına və sinif müəllimlərinə təşəkkür elan edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi