Aprel şəhidi Müşfiq Orucovun anım tədbiri

264 nömrəli məktəb-liseydə 2016-cı ilin aprel şəhidlərindən biri Müşfiq Arif oğlu Orucovun anım tədbiri keçirilmişdir. Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı tərəfindən keçirilən bu tədbirdə şəhidin valideynləri Arif Orucov və Aygün Məmmədqızı iştirak etdilər.

Məktəb-liseyin direktoru Sevda Qocayevanın giriş sözündən sonra Müşfiq Orucov haqqında “Aprel Günəşi” sənədli film nümayiş etdirilmişdir. Sonra şəhidin valideynləri, YAP Xətai rayon təşkilatının nümayəndəsi Könül Əfəndiyeva və digər aprel şəhidi mayor Rasim Məmmədovun həyat yoldaşı çıxış edərək xatirələrini bölüşdülər, məktəb kollektivinə təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi