Beynəlxalq Müəllimlər Günü

5 oktyabr 2018-ci il tarixdə 264 nömrəli məktəb-liseydə "Beynəlxalq Müəllimlər Günü" münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Sevda Qocayeva açaraq məktəbin müəllim heyətini, əməkdaşlarını 5 oktyabr "Beynəlxalq Müəllimlər Günü" münasibətilə təbrik etmiş, müəllim kollektivinə can sağlığı, elm və təhsildə, pedaqoji fəaliyyətdə uğurlar arzulamış, müəllim peşəsinin tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edildiyini vurğulamışdır.  

Daha sonra məktəbin direktor müavinləri Yaşar Mirzəliyev və Leyla Cəbrayılova, əməkdar müəllim Rəhimə Xudiyeva çıxış edərək müəllimləri təbrik etmişlər, çıxışlarında müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini bildirmişlər.

Bayram tədbiri şagirdlərin müəllimlərə həsr olunmuş şeirlər, ifalarında mahnı, rəqs nömrələri ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi