"Bilik günü"

Sentyabrın 15-də Bakı şəhəri 264 nömrəli məktəb-liseydə “Bilik günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri Təhsil İdarəsinin nümayəndələri, ictimai televiziya, məktəbi bitirmiş məzunlar, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Məktəbin direktoru Sevda xanım Qocayeva məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar arzulayıb. Tədbirdə ali məktəblərə  yüksək balla qəbul olunmuş məzunlarımız da iştirak etdilər və qazandıqları uğurlar üçün müəllimlərinə öz təşəkkürlərini bildirdilər

Daha sonra birincilər şeirlər səsləndirdilər. Beləliklə, ilk zəng çalındı.

 

          

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi