Əlifba bayramı

I siniflər dərs ilinin sonunda əlifbanın bütün hərflərini öyrənib qurtardıqları üçün sevinir,  bayram keçirirlər. Artıq üçüncü ildir ki, bu bayramlar dərs ilinin son günlərində qeyd olunan-1iyun Beynəlxalq Uşaqları Müdafiə gününə təsadüf etdiyindən “Əlifba bayramları” uşaq bayramı kimi daha təntələli keçirilir. Azərbaycan və Rus bölməsinin altı birinci sinfində bu ərəfələrdə Əlifba bayramları keçirilmişdir. Birincilərin bu sevincini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik bayramları daha rəngarəng etmiş, onlar bir il ərzində müəllimləri Çinarə Abışova, Kəmalə Vəliyeva, Şərifə Əfəndiyeva, Gülər Şamilova, Olqa Şvest və Ədilə Səmədovanın öyrətdikləri şeir və mahnıları nağıl və rəqsləri şövqlə ifa etmiş, yaşlarına görə yüksək profesionallıq göstərmişlər.

Məktəb rəhbərliyi hər bir şagirdi əlifbanı,1 sinfi bitirməsi münasibətilə təbrik etmiş, onları diplomlarla təltif etmişdir.

Əziz birincilər-Əlifba bayramınız mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi