Breyn-rinq

Mayın 02-də məktəbin akt zalında “Tariximizi öyrənək” adlı  breyn-rinq keçirilmişdir. Yarış iştirakçıları təlim rus dilində olan 5 e və 5 d sinifləri, təşkilatçı isə həmin siniflərin Azərbaycan tarixi müəllimi Soy Angelina idi. “Gənc tarixçilər” və “Xəzər” adlı iki komanda üzvləri bir-birini salamladıqdan sonra təklif olunan suallara tutarlı  cavablar verdilər. Mərhələlər arası məktəbin şagirdlərinin təqdim etdikləri musiqi nömrələri yarış iştirakçılarına və izləyicilərə xoş təsir bağışladı.

Yarışda daha hazırlıqlı olan 5 e sinfinin “Gənc tarixçilər” komandası 15:10 hesabı ilə qalib gəldi. Hər iki komandanın üzvlərinə fəxri fərmanlar, xatirə hədiyələri təqdim edildi. Valideynlər məktəbin rəhbərliyinə, sinif rəhbərlərinə, fənn müəllimi Angelina Soya minnətdarlıqlarını bildirdilər. Məktəbin direktoru qaliblərə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi