Fövqəladə hallarda necə hərəkət etməli

Aprelin 20-də 264 nömrəli məktəb liseydə “Fövqəladə hallarda necə hərəkət etməli”mövzusunda tədbir keçirildi. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional mərkəzinin əməkdaşları 7, 8, 9-cu sinif şagirdlərinə yanğın,  partlayış, zəlzələ, digər təbii fəlakət və bədbəxt hadisələr zamanı özünü qoruma vasitələri barədə məlumat verdilər. Hər bir hadisə haqqında şagirdlərə videoçarxlar nümayiş etdirildi. Mərkəzin nümayəndələri şagirdləri və müəllimləri maraqlandıran suallara cavab verdilər. Bakı Regional Mərkəzinin əməkdaşlarına maarifləndirmə işinə görə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi