20 Yanvar faciəsinin 28-ci ildönümü

20 yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı 264 nömrəli məktəb-liseydə bir cox tədbirlər həyata keçirildi. Siniflərdə faciəni əks etdirən guşələr yaradıldı, fotostendlər, divar qəzetləri çıxarıldı. “Şəhidlik qəhrəmanlıq salnaməsidir” adlı inşa müsabiqəsi, “Qəhrəmanlar ölmürlər” adlı rəsm sərgisi keçirildi. Sinif rəhbərlərinin iştirakı ilə şagirdlərin “Şəhidlər xiyabani”na ziyarəti təşkil edildi.

Yanvarın 19-da məktəbin akt zalında “20 Yanvar” faciəsinin 28 ildönümü anıldı. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdi. 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər dinlənildi, qəhrəmanlıq mahnıları səslənildi. “Əsrin faciəsi” adlı videolentə tamaşa edildi. Sonda məktəbin direktoru Sevda xanım Qocayeva bu faciənin xalqımıza vurduğu yaradan, günahsız insanların başına gətirilən müsibətlərdən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi