Açıq dərs

Bu gun 264 nömrəli məktəb-liseydə XVIII əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı rus bölməsində ədəbi-bədii gecə təşkil edildi. Bu gecə rus dili müəllimlərinin birgə zəhməti nəticəsində ərsəyə gəlmişdi. Gecədə müxtəlif sinif şagirdləri, məktəb müdiriyyəti və dil-ədəbiyyat müəllimləri iştirak edirdi. Ədəbi-bədii gecə "Vaqif gecəsi" adı altında şam işığında təşkil olunmuşdur. Rus bölməsinin şagirdləri Molla Pənah Vaqif yaradıcılığını araşdıraraq, şairin qoşma, müxənnəs, qəzəllərindən nümunələr söylədilər. Vaqif sənətinin ölməzliyi, ucalığı sübut etdi ki, rus dilli şagirdlər də bir vətəndaş olaraq Azərbaycan dilini sevir, onun tarixini, ədəbiyyatını sevə-sevə öyrənirlər. Ədəbi-bədii gecənin sonunda gecəni təşkil edən müəllimlər, dəvət olunmuş müəllimlər və məktəb müdiriyyəti öz fikirlərini bildirdilər. Onlar şagirdlərə məhz belə gecələrin tez-tez təkrarlanmasını tövsiyə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi