Ədəbi-bədii gecə

264 nömrəli məktəb-liseydə XVIII əsr Azərbaycan ədəbiyyatının böyük şairi Molla Pənah Vaqifin 300 illiyi ilə əlaqədar ədəbi-bədii gecə keçirildi. Məktəbin dil-ədəbiyyat müəllimləri Vaqif yaradıcılığı ilə bağlı tədbir iştirakçılarına məlumat verdilər. Şairin şeirləri qoşma, müxəmməs, qəzəlləri şagirdlərin ifasında söylənildi. Söz ustadının incə, lirik ruhlu şeirlərinə bəstələnmiş musiqilər səsləndi. Böyük şairimiz S. Vurğunun M.P.Vaqifə həsr etdiyi "Vaqif" dramından hazırlanmış tamaşa şagirdlərin rolunda göstərildi. Bir sözlə, tədbirdə iştirak edən müəllim, şagird kollektivi, hörmətli qonaqlar Vaqif sənətinin əlçatmaz olduğunu, daim zirvədə dayandığını qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi