Dövlət Müstəqillik Günü

264 №-li məktəb-liseydə 18 oktyabr Dövlət Müstəqillik Günü ilə əlaqədar olaraq çoxsaylı tədbirlər, inşa müsabiqələri, açıq dərslər təşkil edildi.Məktəb direktoru Sevda xanım Qocayeva "Müstəqilliyimiz əbədidir" mövzusunda elmi-bədii konfransda şagird və müəllim kollektivinin qarşısında çıxış etdi. Qeyd edildi ki, 1991-ci il 18 oktyabrda məhz Azərbaycan Respublikası öz müstəqilliyinə, suverenliyinə qovuşdu. Biz daim müstəqilliyimizi qorumalı dövlətimiz, dövlətçiliyimiz ətrafında cəm olmalı, qələbəyə doğru addımlamalıyıq. 264 №-li məktəb-liseyin müəllimləri də bugünkü dərslərini bu əlamətdar günlə əlaqələndirdilər.Müstəqillik Günü ilə əlaqədar inşa müsabiqələri, divar qəzetləri təşkil edildi, şagirdlərin ifasında serlər söyləndi. Sonda məktəb şagirdləri vətən mövzusuna həsr olunmuş nəğmələr ifa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi