Beynəlxalq Müəllimlər Günü

5 oktyabr 2017-ci il tarixdə 264 №-li məktəb-liseydə müəllimlərin peşə bayramı keçirilmişdir. Tədbirdə məktəbin şagirdləri maraqlı səhnəciklər, seirlər və musiqi ifaları səsləndirərək müəllimləri bayram münasibətilə təbrik etdilər. Sonda məktəbin direktoru Sevda xanım Qocayeva müəllimləri təbrik etmiş və məktəbin müəllimləri- Azadə Süleymanovanı, Minurə Həsənəliyevanı, Məryəm Məlikovanı, Xalidə Sultanovanı, Havanisə Babayevanı, Nailə Qəhrəmanovanı, Şahnaz Tahirovanı və Şölə Qəhrəmanovanı 9-cu siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdikləri üçün və Ramilə İbrahimovanı istedadlı şagirdlərlə iş üzrə əldə etdiyi nailiyyətlərə görə Fəxri Fərmanla mükafatlandırmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi