"Oxu günü" tədbiri

29 aprel 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzinin parkında Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə "Oxu Günü" tədbiri keçirilib. Tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır. “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu Günü”ndə tanınmış yazıçı və şairlər, paytaxtın müxtəlif ümumtəhsil məktəb şagirdləri, həmçinin 264 nömrəli məktəb-liseyin şagirdləri təqdimatlarla çıxış ediblər. Məktəbimizin şagirdləri maraqlı səhnəciklər, seirlər, musiqi proqramı təqdim etmişlər. Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi