İBTİDAİ SİNİFLƏRDƏ AÇIQ DƏRS

264 saylı məktəb liseyin 2016-2017 ci tədris ili fəaliyyət planının 1.2.10 bəndini əsas götürərək ibtidai siniflərdə açıq dərslər keçirilmişdir. Təranə Ağayeva 2c sinfində həyat bilgisi fənnindən "Təbiətdə suyun dövranı" mövzusunda, Arzu Sarıyeva 1b azərbaycan dili fənnindən "Himnimiz" mövzusunda, Lətifə Teymurova 3c sinfində riyaziyyat fənnindən "Kütlənin ölçülməsi" mövzusunda, Kifayət İsmayılova 3b sinfində həyat bilgisi fənnindən "Bol nemətli yurdumuz" mövzusunda, Tamella Hüseynova 2b sinfində həyat bilgisi fənnindən "Fəsillər" mövzusunda, Tatyana Kərimova 3e sinfində həyat bilgisi fənnindən "Doğma Xəzər" mövzusunda, Raidə İbrahimova 2ç sinfində ana-dili fənnindən"Nicat və dəcəl" mövzusunda açıq dərslər vermişlər. Dərslərin təşkilində müasir texnologiyadan geniş şəkildə istifadə olunmuşdur. Hər bir dərs ayrı-ayrılıqda maraqlı, müasir dərs tipinin standartlarına uyğun aparılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi