"Qəhrəmanlar unudulmur"

01 noyabr 2016-cı il tarixdə 264 saylı məktəb-liseydə "Qəhrəmanlar unudulmur" mövzusunda konfrans keçirilib.Tədbirdə Qarabağ müharibəsi əlilləri, veteranlar, rayonda fəaliyyət göstərən hərbi təhsil müəssisələrinin kollektivləri, QHT nümayəndələri, əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar.Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirdi ki, tədbirin əsas məqsədi gənc nəslə hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq, həmçinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir. Qeyd olundu ki, bu istiqamətdə rayon İcra Hakimiyyəti tərəfindən mühüm işlər görülür. Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlər təşkil edilir, “Cəsurlar” və “Şahinlər” hərbi idman oyunları və yazı inşa müsabiqələri keçirilir. Hazırda rayon ərazisində bir sıra hərbi təhsil müəssisələri o cümlədən Heydər Əliyev adına Ali Hərbi Məktəb, Cəmşid Naxçıvanski adına hərbi lisey fəaliyyət göstərir.Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri ictimai birliyinin sədr müavini Ariz Məmmədov, təşkilatın Xətai rayon filialının sədri Fuad Salahov, ehtiyatda olan zabitlər, şəhid ailələrinin təmsilçiləri və digər çıxışçılar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdılar. Vurğulandı ki, ordumuzun gücləndirilməsi, şəhid ailələrinin, hərbi xidmətdə çalışanların həyat şəraitinin yüksəldilməsi dövlətin əsas prinsiplərindən biridir. Bu gün ölkədə Silahlı Qüvvələrin maddi texniki bazası möhkəmləndirilib, bütün hərbi hissələr müasir hərbi texnika ilə təchiz edilib, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordu yaradılıb.Tədbir çərçivəsində "Azərbaycan əsgəri" mövzusunda keçirilən rəsm sərgisinin qalibləri mükafatlandırldı. Sonra Milli Qəhrəmanlardan bəhs edən film nümayiş olundu. Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi