“Səmərəli Məktəb Yaradaq” layihəsi

“Səmərəli Məktəb Yaradaq” layihəsi çərçivəsində 27 oktyabr 2016-cı il tarixində Xətai rayon 264 saylı məktəbdə "Məktəb seminarı" təşkil edilmişdir. Seminarda təhsildə keyfiyyət daha da dayanıqlı olması, "keyfiyyətli-təhsil vermə", "şagird nəaliyyəti-keyfiyyətin ən vacib göstəricisi" kimi amilləri əsas götürməklə səmərəli məktəb ideyasının bir dəyəri və ənənəyə çevrilməsini təmin etmək olmuşdur. Səmərəli məktəb yalnız şagird naliyyətləri deyil, eyni zamanda peşəkar müəllimləri, yüksək dərəcədə inkişaf etmiş təşkilatı mədəniyyəti, sağlam mühiti, sosial bərabərliyi təmin edən, demokratik və birgə idarə edilən,müasir informasiya-resurs mərkəzi kimi inkişaf edən məktəblərdir. BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva təlim-seminarda çıxış edərək layihənin keçirilmə məqsədləri və gözlənilən nəticələrdən danışıb. Sürətlə dəyişən müasir dünyada təhsilin keyfiyyətinə təsir edən amillərin vaxtında dəyərləndirilməsinin zəruriliyinə diqqət çəkən BŞTİ-nin müdiri bu istiqamətdə təhsil müəssisələrinə hərtərəfli dəstək verildiyini söyləyib. Səmərəli məktəbin formalaşdırılması prosesində zəruri olan tədbirləri nəzərə çatdıran M.Vəliyeva direktorlar qarşısında “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edib. Layihə çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyən olunmuş mövzularda ayrı-ayrı sessiyalar təşkil edilib. Təlim-seminarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi