"BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ"

5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbimizin akt zalında tədbir keçirilmişdir. Məktəbimizin direktoru Sevda xanım Qocayeva Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbin müəllimlərini, o cümlədən bütün təhsil işçilərini təbrik etmişdir. O, qeyd etmişdir ki, hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində "Müəllimlər günü" qeyd edilir. Müstəqil Azərbaycanda bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilmişdir. Bu gün müəllimlərin, təhsil işçilərinin peşə bayramıdır. Müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhməti və dəyərsiz xidmətini azacıq olsa da qiymətləndirmək üçün bu bayram bir vasitədir. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür-müəllim adını daşıyanlar, bu adın dəyərini bilənlər öz peşə bayramını qeyd edirlər. Sevda xanım Qocayeva bir daha şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan həyatı boyu borclu olduğu bütün müəllimləri təbrik etmişdir. Bu bayram münasibətilə məktəb rəhbərliyi tərəfindən məktəbimizin qabaqcıl müəllimləri Fəxri fərmanla təltif edilmişdir. Belə ki, məktəbin kimya müəllimi Xudiyeva Rəhimə təhsildə əldə etdiyi nailiyyətlərə görə ölkə başçısı cənab İlham Əliyev tərəfindən yüksək ada layiq görülmüş, Rəhimə Xudiyevaya"Əməkdar müəllim" adı verilmişdir. Xətai rayon İcra Hakimiyyəti tərəfindən 5 Oktyabr Müəllim gününə həsr edilmiş təntənəli yığıncaqda məktəbin direktoru Sevda Qocayeva məktəbin uğurlarına görə Fəxri fərmanla təltif edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi