28 May Respublika Gününə həsr edilmiş dərs keçirildi

          27.05.2021-ci il tarixində 264 nömrəli məktəb-liseyin 1"C" sinif şagirdləri sinif rəhbəri Abdurəhimova Elnarə müəllimənin təşkilatçılığı ilə "28 May Respublika Günü" nə həsr olunmuş dərs hazırlamışdılar. Dərsdə şagirdlərin ifasında şeirlər söylənildi, videoçarx nümayiş etdirildi, şagirdlərin əllərində Azərbaycan bayrağının olması onların vətənə məhəbbətinin təcəssümünün ifadəsidir. Dərsdə direktor müavini Leyla Cəbrayılova, Uşaq Birliyinin rəhbəri Sevinc Nadirova da iştirak edirdilər. Sonda Leyla Cəbrayılova Elnarə müəllimə və məktəbimizin birincilərinə bizim üçün önəmli və əziz olan bu günün qeyd olunmasına görə bütün məktəb kollektivi adından təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi