Onlayn pedaqoji şura iclası keçirildi

         09.04.2021-ci il tarixində saat 14:00-da 264 nömrəli məktəb-liseydə cari məsələlərə həsr olunmuş onlayn müşavirə keçirildi. İlk çıxışa məktəbin direktoru Sevda xanım Qocayeva başladı. O, pandemiya dövründə təhsil işçilərinin vaksin olunması və qeydiyyatdan keçmələrinin vacibliyi mövzusunu vurğuladı. Məktəbin direktor müavini Yaşar Mirzəliyev jurnalların düzgün aparılmasına riayət olunması mövzusuna toxundu. Direktor müavini Leyla Cəbrayılova virtual məktəbdə cədvəl mövzusu ilə çıxış etdi. O, cədvəllərin qaydaya salınması,şagirdlərə vaxtaşırı test tapşırıqlarının verilməsini tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi