Qazilərlə onlayn görüş

              Xətai rayonu 264 nömrəli məktəb-liseydə 03 aprel 2021-ci il tarixdə aprel döyüşlərinin 5-ci ildönümünə və II Qarabağ müharibəsinin qələbəsinə həsr olunmuş “Zəfərə gedən yol” adlı onlayn görüş keçirildi. Görüşdə müəllim və V-IX sinif şagirdlərindən bir qismi, II Qarabağ müharibəsinin qaziləri Cavid Nurullayev və Ruslan Rəhimov iştirak etdilər. İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra qazilər keçdikləri döyüş yolundan, nələr gördüklərindən, necə əzablı yol keçdiklərindən söhbət açdılar və şagirdlərin maraq doğuran suallarını cavablandırdılar.

               Sonda məktəbin direktoru Sevda xanım Qocayeva şagirdlərlə görüşə gələn qaziləri qələbə münasibətilə təbrik etdi və öz minnətdarlığını bildirdi. Qocayeva onu da söylədi ki, Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyev cənabları həmişə qeyd edib ki, “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Azərbaycanın həmişə tərkibində olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq”. 44 günlük II Qarabağ müharibəsinin qələbəsi bunu bir daha sübut etdi. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

https://www.youtube.com/watch?v=rOpqSNJJJCo

https://www.youtube.com/watch?v=BSI2xQY5SAk

https://www.youtube.com/watch?v=26MN9mk-uRU

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi