Qan yaddaşımızı unutmayaq

             Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilmişdir.

Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı uğrunda canlarından keçmiş oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir. Mövcud şəraitlə əlaqədar olaraq Şəhidlər xiyabanına ekskursiyalar təşkil olunmadı, ancaq buna baxmayaraq 20 Yanvar hadisələrinə həsr olunmuş onlayn musabiqə və dərslər təşkil edilir. Bunlardan biri də rəsm müsabiqəsidir. Müsabiqədə şagirlər öz hisslərini həmin rəsmlərdə əks etdirdilər. Şəhidlər heç bir zaman unudulmur və Azərbaycan xalqının qəlbində daima yaşayacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi