Məktəbdaxili fənn olimpiadası kecirildi

         16 yanvar 2021-ci il tarixdə 264 nömrəli məktəb-liseydə fənn olimpiadalarının məktəb turu keçirilmişdir. Məktəb-liseyin 44 nəfər 8-11 sinif şagirdi Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya və informatika fənləri üzrə bilik yarışında iştirak etmişlər. Olimpiada təlim-tərbiyə işləri üzrə direktor müavini Yaşar Mirzəliyevin rəhbərliyi və məktəb-liseyin informatika müəllimi Mətanət Əhmədovanın təşkilatçılığı ilə microsoft  teams platforması üzərindən keçirilmişdir. Daha çox iştirakçı riyaziyyat (19) və fizika (9) fənləri üzrə olmuşdur. Yaxın günlərdə şagirdlərin cavabları emal olunaraq məktəb turunun qalibləri müəyyənləşəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi