Qəhrəmanlar unudulmur

            21 dekabr 2020-ci il tarixində 264 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Cəbrayılova rus bölməsinin 5 q sinif şagirdləri ilə Azərbaycan dili fənni üzrə "Qəhrəmanlar unudulmur" mövzusunda dərs hazırlamışdır. Dərs Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Şagirdlər böyük vətənpərvərlik hissi ilə nümayiş etdirdikləri təqdimatlarda Polkovnik İlqar Mirzəyevi ehtiramla yad etmis, onun həyatı, hərbi xidməti və keçdiyi həyat yolu haqqında ətraflı məlumatları paylaşmışdırlar. Sonda yekun olaraq "Qarabağ -Azərbaycandır!", "Şəhidlərimizin ruhu qarşısında baş əyirik", "Vətən, uğrunda ölən varsa,vətəndir", "Şəhidlərimiz yeni tarix yazdılar" kimi ifadələrlə dərs yekunlaşdı. Allah canını Vətən yolunda fəda edən bütün şəhidlərə rəhmət eləsin! Dərsin sonunda şagirdlər öz əl işlərini, çəkdikləri rəsmləri də nümayiş etdirdilər və öz düşüncələrini çəkdikləri şəkillərdə əks etdirməklə hislərini sinif yoldaşları ilə bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi