İnteraktiv-Əlifba rəqəmsal tədris vəsaitinin məktəblərdə tətbiqi

        "İnteraktiv-Əlifba" rəqəmsal tədris vəsaitinin məktəblərdə tətbiqi-adlı proqrama əsaslanan resursların istifadəsi bir çox məktəblərdə həyata keçirildiyi kimi, 264 nömrəli məktəb-liseydə də tətbiq edilir. Bu layihədə məktəbin Azərbaycan dili müəllimi Ellada Hüseynli iştirak edərək tədris etdiyi fənni rus bölməsinin 2-ci siniflərində verilmiş proqram üzrə tətbiq etmişdir. Bu vəsaitdən istifadə edərkən dərsin şagirdlər tərəfindən maraqla qarşlıanması müşahidə olunmuşdur.

        Vəsaitdə power-point tətbiqi ilə hər keçirilən hərf üçün slaydlar təqdim olunur. Slaydlarda müxtəlif şəkillər verilir və müəllim bu şəkillərə uyğun şagirdlərə suallar təqdim edir.

         Ümumilikdə isə, məktəbin bütün müəllimləri şagirdlərin dərslərə marağını gücləndirmək üçün ən son yenilikləri dərslərdə tətbiq etməyə xüsusi diqqət yönəldir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi