Vətən müharibəsi şəhidlərinin anım günü

Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın bütün şəhər və rayonlarındakı məscidlərdə, kilsə və sinaqoqlarda Vətən müharibəsi şəhidlərinin anma mərasimləri keçirilib.

İnsanlar Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canından keçənlərin ruhu qarşısında baş əyib, onların xatirəsinə olan hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, gəmilərdən səs siqnalları verilib.

Anım gününün ikonası Şuşanın rəmzi sayılan “Xarı Bülbül”dür.

Sükut dəqiqəsi Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamı ilə elan olunub.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.

Vətən müharibəsində Azərbaycan müəllimi şəhidlik zirvəsinə ucalıb. Müəllimlərin yetişdirdiyi, torpaq uğrunda öz canlarından keçən  şəhidlərdən biri də 2015-ci ildə 264 nömrəli məktəb-liseyin məzunu  Salayev Elşən Fuad oğludur. Elşən Salayev Tərtər rayonunda qulluq edib, Tərtər uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin və yaralı hərbiçilərimizə şəfa versin.

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,

Şəhidlər azadlığın od-şimşək zərrəsidir.

Şəhidlər tarixləşən-istiqlal türbəsidir.

Şəhidlər şimşək kimi buludlar saxlamazlar.

Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

 

 


 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi