Şagirdimizin uğurları

             Məktəbin VII sinif şagirfi Həsənzadə İradə Rəsul qızı dəfələrlə Voleybol üzrə idman yarışlarında iştirak etdiyinə görə medal, diplom və srtifikatlarla təltif edilmişdir.

            Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin  təşkil etdiyi Bakı 7-li İQEUGİM Yeni yetmələrin XII Respublika oyunlarının proqramlarına daxil olan voleybol üzrə final yarışında I yeri tutduğuna görə diplomla təltif olunmuşdur.

            Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban xanım Əliyeva tərəfindən qürur hissi ilə, Gənclər Yay Avropa festivalında könüllü iştirak etdiyi üçün sertifikatla təltif olunmuşdur.

           MDB dövlətləri arasında keçirilən VII Beynəlxalq məktəb idmanı festivalında iştirak etdiyi üçün Rusiya Federasiyasının məktəb idmanı prezidenti tərəfindən diplom təltif edilmişdir.

           31 may-06 iyun tarixində  Xantı-Mansiyski şəhərində “Həmvətən Yeniyetmələrin V Ümumdünya oyunları”nda fəal iştirak etdiyi üçün İradə Həsənzadə sertifikatla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi