Dəyirmi masa keçirildi

            17 yanvar 2020-ci il tarixində 264 nömrəli məktəb-liseyin 8 a sinfində "20 Yanvar" hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Bu dərs məktəbin 10-cu sinif şagirdi Süleymanlı Çinarə tərəfindən həyata keçirilib. Şagirdlər dərsə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıblar. Debata başlamadan öncə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə bu faciə ilə bağlı verilmiş suallar müxtəlif cavablarla qarşılanıb. Uşaqlarla yanaşı dərsi keçirən şagirdimiz Çinarənin də öz şəxsi fikirləri səslənib. 20 Yanvar faciəsini əks etdirən videoçarxa baxilib. Bununla yanaşı şəhidlərimiz haqqında da söhbətlər aparılıb. Dərsin keçirilmə məqsədi şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq, onlara Azərbaycan tarixini daha da dərindən öyrənmək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi