Şəhidlik qəhrəmanlıq zirvəsidir

              Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının əziz xatirəsini dərin ehtiramla yad edirlər.

               Bu ənənəyə sadiq qalaraq 264 nömrəli məktəb-liseydə həftə boyu şəhidlərin əziz xatirəsi hörmət və ehtiramla anıldı, şəhidlər xiyanı ziyarət edildi, məktəbin foyesində şagirdlərin əl işləri və divar qəzetlərindən ibarət sərgi təşkil edildi.

            Bu gün məktəbin akt zalında 20 Yanvar faciəsinin 30 illiyinə həsr edilmiş “Şəhidlik qəhrəmanlıq zirvəsidir” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlər faciəyə həsr olunmuş ədəbi - bədii kompasiya nümayiş etdirdilər. 20 Yanvar faciəsini özündə əks etdirən videoçarxlar nümayiş etdirildi. Sonda söz məktəbin direktor müavini Yaşar Mirzəliyev və Leyla Cəbrayılovaya verildi. Onlar Qanlı yanvar haqqında şagirdləri geniş məlumatlandırdılar.

               Şəhidlər heç bir zaman unudulmur və Azərbaycan xalqının qəlbində daima yaşayacaqlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi