Valideynin məktəbdə bir günü

         Dekabrın 20-də 264 nömrəli məktəb-liseydə Bakı təhsil İdarəsinin təşəbbüsü ilə “Valideynin məktəbdə bir günü” silsiləsindən növbəti tədbir keçirildi. Səhər saat 9-dan 13-dək  davam edən tədbirdə 12 sinifdə açıq dərs təşkil edilmişdi. Açıq dərslər xüsusi layihələr əsasında tədris olunan “Rəqəmsal bacarıqlar” və “Robototexnika” dərslərində, təmayül siniflərindəki fənlərdən, xarici dildən və texniki lisey siniflərində riyaziyyat, biologiya fənlərindən təşkil olunmuşdu. Əlavə olaraq valideynlərə sinifdən xaric iş kimi  5a sinfinin kitabxanada diskusiyası, 5d və 5e sinifləri arasında “Şən notlar” adlı viktorina təqdim olundu.

       Açıq dərslərin müzakirəsi zamanı valideynlər ürək sözlərini bildirdilər, müəllimlərə, məktəbə və rəhbərliyə təşəkkürlərini bildirdilər. Tədbir şagirdlərin hazırladığı konsert proqramı ilə sona yetdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi