Anım günü keçirildi

                264 nömrəli məktəb-liseydə həftə ərzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bir sıra tədbirlər həyata keçirildi. Tədbirlərdə divar qəzetləri, şeir və rəsm müsabiqəsi oldu.

                12 dekabr tarixində ümummilli lider Heydər Əliyev anıldı və şagirdlər tərəfindən şəkili qarşına əklil qoyuldu. Məktəbin akt zalında anım gününə həsr olunmuş tədbir keçirildi.  Tədbirdə məktəb rəhbəliyi, müəllim və şagird kollektivi iştirak etmişlər. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndi. 
                Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Yaşar Mirzəliyev açdı. Anım günündə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş etdirildi, vətənimizə göstərdiyi xidmətlər, elmə və təhsilə verdiyi dəyərlər haqqında geniş məlumat verildi. Şagirdlərimizin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər, mahnılar və mətnlər səsləndi. Məktəbin direktoru Sevda xanım Qocayeva Heydər Əliyevin güclü siyasəti, uzaqgörənliyi barədə şagirdlərə daha geniş məlumatlar verdi. Təbdiri hazırlayan müəllimlərə, təşkilatçılara və şagirdlərə öz təşəkkürünü bildirdi.

                 Sonda ən yaxşı şeir deyən və divar qəzeti hazırlayan şagirdlər mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi