Kiçik tədqiqatçılar müsabiqəsi keçirildi

         5 dekabr tarixində 264 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimlərinin rəhbərliyi ilə   2, 3 və 4-cü sinif şagirdlərindən  təşkil olunmuş komandalar "Kiçik tədqiqatçılar"adlı müsabiqədə iştirak etdilər. Şagirdlər verilən mövzular əsasında maraqlı təqdimatlar nümayiş etdirdilər. Müsabiqədə altı komanda iştirak edirdi. Onlardan dördü Azərbaycan, 2-si isə rus bölməsinin şagirdləridirlər. "Kiçik tədqiqatçılar" müsabiqəsində münsiflər heyətini təmsil edən məktəbin direktor müavini Leyla Cəbrayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sultanova və ibtidai sinif müəlimləri qalib komanda üzvlərin elan edib, onları təbrik etdilər, uğurlarının davamlı olmasını arzuladılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi