Məktəbin daha bir idmançı şagirdi, 9 d sinfində təhsil alan Aslanova Günay Rasim qızı 8 yaşından "Bədii gimnastika" üzrə idmanla məşğul olur. Günay 38 medal sahibidir. İdmançı olmaqla yanaşı dərs əlaçısıdır. O, dəfələrlə respublika çempionatlığında I yerə layiq görülüb. Beynəlxalq yarışda iştirak edərək 3 yerə layiq görülmüşdür.
14-17 iyun 2018-ci ildə keçirilən Beynəlxalq ritmik bədii gimnastika çempionatında III yerə layiq görülmüşdür.
12-15 iyun 2019-cu il tarixində Bakıda keçirilən Bakı I açıq Avropa çempionatlığında I və III yerin sahibi olmuşdur.