1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib.
2 iyun 2025-ci il tarixində keçirilən dəyirmi masada il ərzində fəallığı ilə seçilən 100-ə yaxın uşaq iştirak edib.
Tədbirə məktəbimizin 8E sinif şagirdi Məmmədli Xədicə də dəvətli idi. Qeyd edək ki, Xədicə "Uşaq Səfirlər Məclisi"nin fəal uzvlərindəndir.