Yüksək nəticə göstərən şagirdlər təltif olundular.

Məktəbimizdə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 200-dən yüksək nəticə göstərmiş 59 şagirdimizin mükafatlandırılması mərasimi keçirildi. 250 baldan yüksək toplayan şagirdlər rəhbərlik tərəfindən Fəxri fərmanla, 200-250 arası bal toplayanlar isə Təşəkkürnamə ilə təltif olundu. Şagirdlərimizin əldə etdiyi nailiyyətlər bizi son dərəcə qürurlandırır və onların bu uğuru gələcək addımları üçün möhkəm təməl yaradır. Mükafatlandırılan bütün şagirdlərimizi təbrik edir, onlara davamlı uğurlar və parlaq gələcək arzulayırıq. Onların bu nailiyyətində əməyi olan hər bir müəllimə təşəkkür edirik.