23.10.2023-cü il tarixində IV,VI,VII və VIII siniflərdə Azərbaycan dili üzrə yazılı monitorinq keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2023-2024-cü il üçün nəzərdə tutulmuş Fəaliyyət Planına əsasən Azərbaycan dilinin dövlət dili kimi tədrisinin gücləndirilməsi məqsədi ilə 23.10.2023-cü il tarixində IV,VI,VII və VIII siniflərdə Azərbaycan dili üzrə yazılı monitorinq keçirilib. Monitorinq vasitəsi ilə şagirdlərdə dinləyib-anlama, oxu və yazı bacarıqları yoxlanılıb.