"Qarabağ Azərbaycandır! Füzuli bizimdir" adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.

Bu il ilk dəfədir ki, Azərbaycanda Füzuli Şəhəri Günü qeyd olunur.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.  Belə ki, 2020-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Bu münasibətlə 263 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Çiçək Əliyevanın təşkilatçılığı ilə 6A sinfi "Qarabağ Azərbaycandır! Füzuli bizimdir" adlı ədəbi-bədii kompozisiya hazırlamışdır. Şagirdlər Qarabağda erməni işğalçıları tərəfindən dağıdılmış tarixi-mədəni abidələrimiz, incəsənət ocaqlarımız, güllələnmiş abidələrimiz haqqında ətraflı məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi