Şəhidlərimizin xatirəsini ehtiramla anırıq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 8 sentyabr 2021-ci il tarixli F-191 əmri ilə təsdiq edilmiş “27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü” ilə bağlı Tədbirlər Planına əsasən A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə Anım Gününə həsr olunmuş xüsusi dərslər, kompozisiyalar, rəsm sərgiləri, idman yarışları keçirildi. Dərslər başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin şəhid məzunları Rəşad Quliyev və Ülvi Rəfiyevin xatirə lövhələri müəllimlər, şagirdlər və valideynlər tərəfindən ziyarət olundu.
#QarabağAzərbaycandır
#KarabakhisAzərbaijan
#AnımGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi