Kiçik Akademiyanın iclası

Məktəbin uşaq birliyi rəhbəri Aynur Qənbərova nın təşkilatçılığı ilə məktəb Kiçik Akademiyanın üzvləri ilə birlikdə dəyirmi masa keçirildi. KA nın prezidenti Nigar Səfərli çıxışında "Şuşa ili"ilə əlaqədar olaraq gözəl bir şeirlə çıxışına başladı. Daha sonra vitse prezidentlər Xədicə,Aylin,Musa çıxışlar etdilər. Hər bölmə üzrə aparılacaq işlər barədə müzakirələr oldu. Və yeni olaraq KA nın nəznində kitab klubu yaradıldı. Və şagirdlərin seçimi ilə ilk oxuyacaqları kitab "Sherlock Holmesin Kızıl Soruşturma"əsəri oldu. 2 həftə ərzində əsər oxunacaq və nəticə də əldə etdikləri məlumatlar müzakirə ediləcək. Və əlavə olaraq kino klubumuz fəaliyyət göstərəcək. Əsasən Azərbaycan filmləri,Vətənpərvərlik mövzusunda filmlər izlənib,müzakirə ediləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi