İlk müstəqil Azərbaycan xanlığı mövzusunda açıq dərs

25.12.2023-cü il tarixində məktəbin tarix müəllimi Zeynalova Türanə tərəfindən VIII B sinfində "İlk müstəqil Azərbaycan xanlığı" mövzusunda açıq dərs keçirildi.

 Təlim məqsədinə nail olmaq üçün qruplarla iş formasından, kublaşdırma, qar topası, Venn diaqramı kimi iş üsullarından istifadə olundu.

Qruplar onlara verilmiş bəlli vaxt çərçivəsində tapşırıqları icra etdilər və məlumatın mübadiləsi və müzakirəsi təşkil olundu.

Ardınca Şəki xan sarayına aid maarifləndirici videorolik nümayiş olundu. Müəllim dərs boyunca dəyərləndirmə apardı və refleksiya qar topası üsulu ilə həyata keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi