"Heydər Əliyev və Azərbaycan tarixi mövzusunda" ənənəvi referat müsabiqəsinin kitab təqdimatı keçirilmişdir

Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 İllik yubileyinə həsr olunmuş Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında aprel-may aylarında keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi mövzusunda" ənənəvi referat müsabiqəsinin kitab təqdimatı keçirilmişdir.

Ümumilikdə, Bakı şəhərinin 300-dən çox şagirdinin iştirak etdiyi müsabiqədə paytaxtın hər rayonundan 5 referat olmaqla 60 iş komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib.

 Müsabiqənin Bakı şəhəri üzrə qaliblərindən biri 10B sinif şagirdi Əliyeva Zeynəb Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının əmrinə əsasən xüsusi sertifikatla təltif olunub.

Referatın hazırlanmasında elmi məsələlər üzrə əziyyəti olan, tarix müəllimi Gülnaz Quliyevaya və şagirdimizə bundan sonra da daha böyük uğurlar qazanmağı arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi