"Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və 7 dekabr Beynəlxalq Mülki Aviasiya Günü"nə həsr olunmuş tədbir keçirildi

06.12.2023-cü il tarixində məktəbin akt zalında 9-11-ci sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Mülki Aviasiya Gününə həsr olunmuş, Ümummilli Lider Heydər Əliyevin Mülki Aviasiyanın inkişafında rolu ilə bağlı tədbir keçirildi. 

Tədbirdə şöhrət ordenli təyyarəçi Əzimbala Əzimov, Mülki Aviasiya Muzeyinin Ekspozisiya və Fond şöbəsinin rəhbəri Elnaz Osmanova, Muzeyin Ekspozisiya və Fond şöbəsinin böyük elmi işçisi Rübabə Əliyeva iştirak edirdilər.

 Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı, daha sonra vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Tədbir Mülki Aviasiya Muzeyinin əməkdaşlarının çıxışları ilə davam etdi. Sonra Muzey tərəfindən məktəbə Milli Aviasiya tariximizlə bağlı kitablar hədiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi