Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə hərs olunmuş konfrans

11/04/2023 cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin Təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan tarixi" adlı elmi-praktik konfrans keçirildi. Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş konfransda məktəbimizin IX sinif şagirdi Əliyeva Zeynəb Elmar qızı "Hülakilər dövləti" adlı referatı ilə çıxış etdi. Tədbirin sonunda şagirdimiz Xəzər Rayonu, İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə ilə təltif olundu.
Qeyd edək ki, adı çəkilən tədbirdə məktəbin direktoru iştirak edib, tədbir rəsmiləri Ulu öndərin büstü önünə gülqoyma mərasimində iştirak ediblər.