Sentyabrın 15-də 255 nömrəli tam orta məktəbdə də 2025/2026-cı dərs ilinin ilk dərsləri başlanmışdır.

Sentyabrın 15-də 255 nömrəli tam orta məktəbdə də 2025/2026-cı dərs ilinin ilk dərsləri başlanmışdır. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə məktəbin direktoru Məmmədova Mətanət çıxış edərək, yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən və təhsil sahəsində aparılan islahatlardan söz açmışdır. Daha sonra tədbirdə Şəhid analarına söz verilmişdir.Dərs ilinin başlanması ilə əlaqədar müəllim və şagird kollektivinə uğurlar arzulanmışdır.