XI siniflər üzrə təhsilini əla qiymətlərlə bitirən məzunlara fərqlənmə attestatları təqdim olunmuşdur.

255 nömrəli tam orta məktəbin direktoru Mətanət Məmmədova XI siniflər üzrə təhsilini əla qiymətlərlə bitirən məzunlara fərqlənmə attestatlarını təqdim edərək xoş arzularını bildirmiş və gənclərə uğurlar arzulamışdır.
Qeyd edək ki, fərqlənmə attestatı tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri "5" olan, buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplayan məzunlara verilir.
Fərqlənən şagirdlərimizi təbrik edirik.