7e sinfinin "7e ailəsi"adlı tədbiri

    Məktəbimizin akt zalında Azərbaycan teatrının yaradılmasının 150 illik yubileyi münasibətilə 7e sinfinin "7e ailəsi" adlı tədbiri keçirildi.Tədbiri, sözləri Vahid Əzizin ,musiqisi Elza Seyidcahanın olan " Mən aktyoram" mahnısının sədaları ilə açıq elan edən sinfin şagirdi Mahmudova Sevda çıxışı zamanı dondan-dona girərək alqışlarla qarşılandı.Şagirdlər tərəfindən S.Vurğunun "Vaqif" dramından ,Ü.Hacıbəylinin "Arşın mal alan" və "O olmasın ,bu olsun"operattalarından ,"Yuxu","Qaynana","Yol əhvalatı" filmlərində səhnəciklər nümayiş olundu.Şagirdlərin düşüncələri əsasında hazırlanmış "Müəllimlərə xitab" adlı səhnəcik isə müəllim və şagirdlər tərəfindən maraqla qarşılandı.Tədbirin sonunda uşaqlar "Qaynana"filmindən "Biz mehriban ailəyik"mahnısını ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi