255 nömrəli məktəbin 2-ci siniflərində yazı bacarıqlarının yoxlanılması üzrə monitorinq keçirilmişdir.

255 nömrəli məktəbin 2-ci siniflərində yazı bacarıqlarının yoxlanılması üzrə 23.04.2025-ci il tarixində monitorinq keçirilmişdir. Monitorinq zamanı şagirdlərə şəkil üzrə təsviredici yazı yazmaq tapşırılmışdır.
Məqsəd:
Şagirdlərin müşahidəetmə, təhlil və yazılı ifadəetmə bacarıqlarını inkişaf etdirmək. Onların təsviri nitq qurmaq, vizual material əsasında mətn yaratmaq, məkan-zaman ardıcıllığını gözləmə və detalları ifadə etmə bacarıqlarını müəyyən etmək. Eyni zamanda, şagirdlərin söz ehtiyatı, cümlə quruluşu və yazı məntiqi qiymətləndirilir.