"Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi 30 nəfər şagird arasında Anket-Sorğu keçirilmişdir.

"Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi 06.05.2025-ci il tarixində 255 nömrəli tam orta məktəbdə “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin Fəaliyyət Planına uyğun olaraq 15 nəfər qız və 15 nəfər oğlan olmaqla ümumilikdə 30 nəfər şagird arasında Anket-Sorğu keçirilmişdir.
Məqsəd şagirdlərin yol hərəkətinin təhlükəsizliyi barədə biliklərini artırmaq və onlara piyada mədəniyyətini aşılamaqdır. Layihənin icrası çərçivəsində keçirilən Anket-Sorğuda məktəbin pedaqoji heyət üzvÜ UBR Xəyalə İsgəndərova iştirak etmişdir. Layihənin rəhbəri N. Nəcəfov sorğu vərəqindəki suallarla şagirdləri tanış etmiş, düzgün cavabların seçilməsi üçün onlara istiqamət vermiş, suallarla bağlı müzakirələr aparmış və ətraflı izahatlar təqdim etmişdir.
Çap üsulu ilə hazırlanmış, loqolu sorğu vərəqləri iştirakçılara paylanmış və onlar 20 dəqiqə ərzində sualları cavablandırmışlar. Könüllülük prinsipi əsasında, interaktiv üsulla təşkil olunan Anket-Sorğuda VII “e” və VII “b” sinif şagirdlərindən Gülsüm, Əbdülxalıq, Tağı, Aylin, Hüseynov Yusif, Aysun, Zeynəb və Zəhra daha çox fəallıq göstərmişlər.
https://qht.az/details/az/41889