Yeni Azərbaycan Partiyası

    28.02.2023-cü il tarixdə Bakı Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd edildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik etdi. Bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ötən 30 ildə çətin və şərəfli yol keçib. Bu gün YAP ənənələri olan partiya, həmçinin nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb. YAP zamanın tələbi, xalqın istəyi ilə yaradılan partiyadır.YAP Sabunçu rayon təşkilatının yaradılmasının 30 illiyi münasibətilə məktəbimizin direktoru Mətanət Məmmədova Fəxri fərman ilə mükafatlandırıldı.Sonda Yeni Azərbaycan Partiyasının 30 ildə keçdiyi şərəfli yolunu özündə əks etdirən sənədli film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi