Memorial Soyqırım Muzeyinə ekskursiya

     Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olan məktuba əsasən Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyinə  təşkil  olunan ekskursiyalarda məktəbimizin 8 -ci sinif şagirdləri də iştirak etdilər. Şagirdlər 26 fevral Xocalı soyqırımının 31-ci il dönümü ilə əlaqədar olaraq muzeydə ibtidai istintaq materiallarına uyğun fakt üzrə aparılan cinayət işinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri sübut edən əşyalar, ekspert rəyləri, ifadələr,  eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində cinayətin izlərini özündə əks etdirən əşyalarla tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi