Seminar

Məktəbimizdə vaxtaşırı şagirdlərin peşə seçimi ilə bağlı tədbirlər keçirilir. Belə tədbirlərdən biri də 25 noyabr tarixində Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyi yanında Məşqulluq xidmətinin əməkdaşları Murad Sarıyev və Ramilə Abidovanın yuxarı sinif şagirdləri ilə keçirdiyi seminar idi.Seminarda videomaterialların köməyi ilə şagirdlərə peşəyönümlü mərhələlər izah edildi. Şagirdlərlə psixoloq Ramilə Abidovanın dioloq şəklində söhbətləri yeniyetmələrdə dərin maraq oyatdı.Yararlı,vacib əmək bazarında tələb olunan peşələr seçməyin vacibliyi sözü gedən seminarın ana xəttini təşkil etdi. Direktor A.Əzizova əməkdaşlara təşəkkürünü bildirərək, belə tədbirlərin şagirdlərin peşəyönümlü istiqamətində əhəmiyyətli rol oynadığını ifadə etdi.